"Neftçi"nin və Misli Premyer Liqasının hazırkı bombardiri Breno Almeyda yay "transfer pəncərəsi"ndə klubdan ayrıla bilərdi. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Belə ki, 28 yaşlı vinger üçün "ağ-qaralar"a bir neçə təklif daxil olub. Avstriyanın "Avstriya" (Vyana) və Macarıstanın "Ferentsvaroş" klubları braziliyalı futbolçunun xidmətində maraqlı olub.
Vyana təmsilçisi Breno Almeydanın transferi üçün "Neftçi"yə 1 milyon avro ödəməyə hazır olub. Lakin "ağ-qaralar" bu təklifi qəbul etməyib və futbolçunu komandada saxlayıb.
Qeyd edək ki, Breno Almeyda 5 turdan sonra 6 qolla "Neftçi"nin və Misli Premyer Liqasının bombardiridir.