"Şimal" futbol klubu transfer çalışmalarını davam etdirir. Sport24.az xəbər verir ki, Qusar təmsilçisi Kot-d"İvuarın "Sirokko" komandasının sabiq hücumçusu Qberi Coellə anlaşıb.

 

19 yaşlı afrikalı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

 

Qeyd edək ki, gənc hücumçu yeni komandasında "24" nömrəli forma altında mübarizə aparacaq.