"Mançester Yunayted"in akademiyasında gözlənilməz gərginlik yaşanır. Sport24.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb. Mançesterlilərin U-19 heyətində UEFA Gənclər Liqasında "Sabah"a qarşı keçirilən matçda het-triklə yadda qalan 15 yaşlı C. C. Qabriel klubdan ayrılmaq istəyir.

 

Hələ ötən həftə "Sabah"ın U-19 komandasına qarşı 5:0 hesabı ilə başa çatan qarşılaşmada U-19 heyətində ilk rəsmi oyununa çıxan gənc ulduz bu oyundan dərhal sonra rəhbərlikdən müqaviləsinin ləğv olunmasını tələb edib.

 

"Brayton"la keçiriləcək Liqa Kuboku matçından bir gün əvvəl verilən bu qərar klubda təəccüblə qarşılanıb. Əgər Qabriel meydana çıxsaydı, "Mançester Yunayted" tarixinin əsas komandada oynayan ən gənc futbolçusu olacaqdı. U-19 komandasındakı debüt matçında "Sabah"a vurduğu 3 qolla bütün diqqəti üzərinə çəkən hücumçunun qərarını dəyişmək üçün Aleks Ferqyuson və klub rəhbərliyi şəxsən ailəsi ilə danışıqlar aparıb.

 

Klub rəsmiləri oyunçunun mövsümün sonunadək müqaviləsinin olduğunu və 16 yaşı tamam olana qədər rəsmi şəkildə komandadan ayrıla bilməyəcəyini bildiriblər.