"Marsel" azarkeşləri Avropa Liqasının "Beşiktaş"la matçında stadiona buraxılmayacaq. Sport24.az xəbər verir ki, komandalar turnirin Liqa mərhələsinin 1-ci turunda sabah İstanbulda qarşılaşacaqlar.

Bu qərar təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirən Türkiyə hakimiyyətinin tətbiq etdiyi tədbirlərlə bağlı deyil.

 

UEFA qonaq azarkeşlər üçün nəzərdə tutulan sektoru bağlayıb.

 

Qeyd edək ki, bu qərar "Marsel"in 2025/26 mövsümündə Çempionlar Liqasının Liqa mərhələsində "Brügge"yə 0:3 hesabı ilə uduzduğu 26 yanvar tarixli oyundan sonra tətbiq edilən sanksiyalarla əlaqədardır.