Azərbaycanın "Neftçi" basketbol klubunun Avropa Kubokunun təsnifat mərhələsində keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb. Sport24.az xəbər verir ki, "Neftçi" sentyabrın 23-də Estoniyanın "Parnu" klubu ilə qarşılaşacaq.

 

Bakı İdman Sarayında keçiriləcək matç saat 19:00-da başlayacaq. Cavab oyunu sentyabrın 30-da baş tutacaq.

 

Bu cütün qalibi turnirin əsas mərhələsinə vəsiqə qazanacaq və H qrupunda Rumıniyanın "Oradya", İsveçrənin "Friburq Olimpiç", Latviyanın VEF, Yunanıstanın "Mikonos" və Bolqarıstanın Plovdiv "Lokomotiv" komandaları ilə mübarizə aparacaq.