Uqandanın Toro Krallığında yeni kralın seçilməsi prosesi böhranla üzləşib. Kral IV Oyo Nyimba Kabamba İquru Rukidinin varisi kimi seçilən Corc Desmond Kamurasi taxtdan imtina edib. O, futbolçu kimi kareyarasını davam etdirmək istədiyini bildirib. Sport24.az xəbər verir ki, 36 yaşlı Kamurasi İngiltərə doqquzuncu liqasında çıxış edən London təmsilçisi "Si Dons" klubunun kapitanı və qapıçısıdır.

 

O, 21 üzvdən ibarət kral varislik komitəsinin əsas namizədi olub. Səsvermədə iştirak edən 18 üzvdən 15-i onun namizədliyini dəstəkləyib. Lakin Kamurasi digər öhdəliklərini əsas gətirərək taxtı qəbul etməyib.

 

Uqanda mediasının məlumatına görə, onun Londonda ailəsi var. Kamurasi komandasının oyununa görə, Kral Oyonun dəfn mərasimində də iştirak etmək istəmirdi.