"Mançester Yunayted"in sağ cinah müdafiəçisi Lük Şou gələn yay klubdan ayrıla bilər. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Mənbənin sözlərinə görə, hazırda 31 yaşlı ingilis futbolçunun müqaviləsinin uzadılması ilə bağlı klubla hər hansı danışıqlar aparılmır.

Qeyd edək ki, Şounun "Mançester Yunayted"lə müqaviləsi gələn yay başa çatır. Tərəflər arasında yeni sözləşmə ilə bağlı razılıq əldə olunmasa, müdafiəçi mövsümün sonunda azad agent statusu ala bilər.