"Botafoqo"nun yeni baş məşqçisi müəyyənləşib. Tite Braziliya təmsilçisinin "sükanı arxasına" keçib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

 

Tərəflər 2028-ci il mövsümünün sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

 

Titenin son iş yeri "Kruzeyro" klubu olub. O, 2025-ci ilin dekabrından 2026-cı ilin martına qədər bu komandaya rəhbərlik edib.

 

Qeyd edək ki, Tite 2016-2022-ci illər ərzində Braziliya millisini çalışdırıb. Hazırda "Botafoqo" turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.