Şahmat üzrə millilərimi bu gün Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini keçirəcəklər. Sport24.az xəbər verir ki, kişilərdən ibarət komanda II turda Filippinlə üz-üzə gələcək.

 

Xanımlar isə Danimarka yığması ilə qarşılaşacaq.

 

Hər iki komandamız ilk turu qələbə ilə başa vurub. Kişilər Mərakeşi, qadınlar millimiz isə Qvatemalanı 4:0 hesabı ilə məğlub edib.  

 

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq. Turnirdə 208 komandanın heyətində 1032 şahmatçı iştirak edir.