"İnter"in keçmiş prezidenti Massimo Moratti 2012-ci ildə Lionel Messini "Barselona"dan transfer etməyə çalışdığını, argentinalı futbolçu üçün 500 milyon avro ödəməyə hazır olduğunu açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə "Sport.es"-ə açıqlamasında bildirib:
"Messiyə ağlasığmaz məbləğ – 500 milyon avro təklif etdim. Həmin vaxt bu pul dəlilik kimi görünürdü. Danışıqlar üçün vitse-prezidentimi Barselonaya göndərdim. Lakin Messi məktubu belə açmadı və təklifin təfərrüatları ilə maraqlanmadı. O, təklifin detallarını bilmədən imtina etdi, çünki özünü heç vaxt başqa kluba satılmayacaq bir oyunçu hesab edirdi".
Moratti həmçinin bildirib ki, sonradan Messi ilə şəxsən əlaqə saxlayıb:
"O mənə dedi: "Marağınıza görə təşəkkür edirəm, amma mən karyeramı "Barselona"da başa vurmaq istəyirəm". Vəziyyəti başa düşürdüm, amma yenə də onu pulla cəlb etməyə çalışdım, alınmadı".