Todd Boli və Mark Valterə məxsus Clearlake Capital Group" şirkəti ("Clearlake") "Çelsi"dəki səhmlərini satıb. Sport24.az xəbər verir ki, Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
Klubun digər həmsahibi Hansyörq Viss isə mülkiyyət strukturunda əsas səhmdar və tərəfdaş kimi qalacaq.
Klubdan bildirilib ki, "Çelsi"nin gündəlik fəaliyyətində, rəhbərliyində və ya strateji istiqamətində heç bir dəyişiklik olmayacaq.
Qeyd edək ki, Boli və Valter 2022-ci ildə "Çelsi"ni rusiyalı biznesmen Roman Abramoviçdən satın alan investorlar qrupunun tərkibində yer alıblar.