"Real"ın yarımmüdafiəçi Cud Bellingem vurulan qolların sayına görə klubun əfsanəsi Zinedin Zidanı geridə qoyub. Sport24.az xəbər verir ki, ingiltərəli futbolçu La Liqanın "Rasinq"lə matçının (3:0) 22-ci dəqiqəsində fərqlənib.
Bu, Bellingemin "kral klubu"nun heyətində vurduğu 50-ci qolu olub. 23 yaşlı hücumameyilli yarımmüdafiəçi bu göstərici ilə Zinedin Zidanı (49 qol) geridə qoyub. Cud bu nailiyyətə 154 oyunda çatıb. Zidan isə 227 qarşılaşmada bunu bacarıb.
Xatırladaq ki, Zidan 2001-2006-cı illərdə "Real"ın şərəfini qoruyub, Bellingem isə İspaniya nəhənginin heyətinə 2023-cü ilin yayında qoşulub.