"Qalatasaray"ın futbolçusu Aleksey Batrakov İngiltərəyə yollana bilər. Sport24.az xəbər verir ki, rus futbolçu "Çelsi", "Mançester Siti" və "Mançester Yunayted"in transfer siyahısında yer alıb.

 

Hər üç klub Batrakov üçün "Qalatasaray"a rəsmi təklif də göndərib. 21 yaşlı futbolçunun İngiltərənin hansı klubuna üstünlük verəcəyi hələ ki dəqiq deyil.

 

Qeyd edək ki, Batrakovun "Qalatasaray"la müqavilə müddəti 2031-ci il iyunun 30-na qədərdir. O, bu il "Lokomotiv"dən "Qalatasaray"a keçib.