Seneqalın paytaxtı Dakarda təşkil olunan Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycan üzgüçüçüsü Məryəm Cavadova mübarizəyə start verib. Sport24.az xəbər verir ki, ölkəmizi bayraqdar qismində təmsil edən idmançımız 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışının təsnifat mərhələsində qüvvəsini sınayıb.

 

Beşinci qrupda yer alan və 8 iştirakçı arasında məsafəni 1 dəqiqə 02,53 saniyəyə qət edərək qrupunu üçüncü pillədə başa vuran Məryəm final mərhələsinə vəsiqə qazana bilməyib. Ümumi sıralamada 36-cı yeri tutan üzgüçümüz həlledici mərhələyə yüksələn "səkkizlik"dən kənarda qaldığı üçün çıxışını dayandırıb.

 

Xatırladaq ki, Dakar-2026 yarışlarında Azərbaycan yığmasının aktivində hələlik bir medal mövcuddur. Bu uğura ötən gün cüdo yarışlarında çempion olan İbrahim Talıbov (55 kq) imza atıb.