"Liverpul"un futbolçusu Vircil van Dayk Premyer Liqada "Arsenal"a uduzduqları görüşdən sonra fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, müdafiəçi 0:1 hesabıyla bitən matçda hakim qərarlarından narazı qalıb.
O, ikinci hissədə referinin penalti təyin etməməsinə toxunub:
"Bizə qarşı qayda pozulmuşdu, amma hakimin fiti susdu. VAR-da da baxılmadı. Nə üçün? VAR işləməyəcəksə, 50 kamera nə üçündür? Mübahisəli epizodlardan çox danışmaq istəmirəm. Nəticədə günün sonunda məğlub olan tərəf bizik və rəqibi təbrik etməliyik".
Qeyd edək ki, "Liverpul" Premyer Liqada 9 turdan sonra 15 xalla 5-ci sıradadır.