Bu gün keçiriləcək bir oyunla Misli Premyer Liqasında 10-cu tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, günün yeganı matçı Sumqayıtda baş tutacaq.

 

Şəhərin eyniadlı təmsilçisi "doğma divarlar" arasında "Şəfa" ilə üz-üzə gələcək. Hazırda aktivində 8 xal olan "kimyaçılar" turnir cədvəlinin 9-cu, paytaxt təmsilçisi isə 3 xalla 11-ci pilləsində qərarlaşıb. Meydan sahibləri bu görüşdən 3 xalla ayrılacağı halda mövqeyini bir qədər yaxşılaşdıra, dünən məğlub olan "İmişli"ni keçərək, 8-ci yerə yüksələ bilər.  Təhlükəli zonda yer alan qonaqlar isə 3 xal qazanacağı təqdirdə mövqeyini dəyişməsə də, sonuncu pillədə yer alan və eyni xala malik "Araz-Naxçıvan"dan bir qədər uzaqlaşa bilər.

 

Qeyd edək ki, 11-ci turun oyunlarına noyabrın 6-da start veriləcək.

 

Misli Premyer Liqası

I dövrə, X tur

 

19:00. "Sumqayıt" - "Şəfa" 0:0 (Birinci hissə)

Hakimlər: Nicat İsmayıllı, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əli Əliyev
VAR: Rauf Cabarov 
AVAR: Gülnurə Əkbərzadə
Hakim-inspektor: Ceyhun Haşımov 
AFFA nümayəndəsi: Törə Əhmədova
Sumqayıt. "SOCAR Polymer Arena".

 

"Sumqayıt": 16. Marko Yohanson 17. Nihad Əhmədzadə 19. Roi Kehat 4. İsa Suliman (k) 42. Sedrik Badolo 10. Ronaldo Vaskez 80. Keffel Resende 55. Lukas Blek 11. Mamadi Banqre 21. Tiaqo Almeyda 5. Renan Santana

 

Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev 12. Aftandil Arixov 3. Höccət Haqverdi 29. Emil Mustafayev 20. Ayxan Süleymanlı 75. Nadir Orucov 97. Vüsal Paşayev 23. Rüfət Əhmədov 37. Nihad Orucəli 27. İmani Barker

 

Baş məşqçi: Filipe Kandido

 

"Şəfa": 97. Tiaqo Silva 42. Elnur Cəfərov (k) 5. Arsen Ağcabəyov 21. İsmayıl Zülfüqarlı 83. Nihad Quliyev 6. Fərid Yusifli 18. Bafode Dansoko 4. Maudo Jarjue 17. Musa Quel 11. Andrey Draqu 9. Luis Felipe

 

Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə 99. Məmməd Hüseynov 3. Tərlan Quliyev 28. Murad Musayev 55. Rauf Hüseynli 29. Vüsal Qənbərov 23. Nahid Əliyev 77. Elmar Məmmədov 8. Vlad Pop 22. Umar Diav 34. Kristofer Mamenqi

 

Baş məşqçi: Zaur Həşimov