Kosovolu hücumçu Vedat Muriqi yanvarda "Fənərbağça"dan ayrıla bilər. Sport24.az xəbər verir ki, "Valensiya" klubu 32 yaşlı futbolçunun xidmətində maraqlıdır.

 

Bu barədə İspaniya mətbuatı məlumat yayıb. La Liqa təmsilçisi qış transfer dönəmində Vedat üçün türklərin "qapısını döyəcək".

 

Muriqi mövsümün əvvəlində "Malyorka"dan "Fənərbağça"ya keçib. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədərdir.

 

Qeyd edək ki, Kosovolu futbolçu Super Liqada 9 oyunda 7 qol vurub.