"Naxçıvan" basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, bölgə təmsilçisi ABŞ-dən olan basketbolçu Kristian Konseni transfer edib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Konse ilə 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, 196 sm boya malik 26 yaşlı oyunçu ötən mövsümü "Quba" klubunda keçirib.