Futbol üzrə AzərbaycanI I Liqasında III turun ikinci oyun günü geridə qalıb. Keçirilən hər üç qarşılaşma qonaq komandaların qələbəsi ilə başa çatıb. Sport24.az xəbər verir ki, "Şimal" öz meydanında "Şahdağ

 

Qusar"a 1:4 hesabı ilə məğlub olub. "Mingəçevir" evdə "Gəncəbasar"a 0:3, "Baku Sportinq" isə "Səbail"ə 0:1 hesabı ilə güzəştə gedib.

 

I Liqa

 

III tur

 

"Şimal" – "Şahdağ Qusar" – 1:4

Qollar: C.Kəlbəliyev, 74 – U.İsmayılov, 7; S.Məmmədov, 37; F.Camalov, 83; M.Baxşalı, 86

 

"Mingəçevir" – "Gəncəbasar" – 0:3

Qollar: D.Açimi, 39 (pen), 73 (pen); S.Əhmədov, 80

 

"Baku Sportinq" – "Səbail" – 0:1

Qol: Y.Said, 28

 

Bu nəticələrdən sonra xallarını 9-a çatdıran "Şahdağ Qusar" və "Gəncəbasar" turnir cədvəlinin ilk iki pilləsində mövqelərini qoruyublar. "Səbail" isə 7 xalla 3-cü sıraya yüksəlib.

Qeyd edək ki, Birinci Liqada III tura sabah keçiriləcək oyunlarla yekun vurulacaq.