Azərbaycanın U-15 millisi ilk dəfə keçiriləcək FİFA U-15 Dünya Çempionatı və Festivalında mübarizə aparacaq. Sport24.az xəbər verir ki, turnirin püşkatma mərasimi keçirilib.

 

Mübarizədə iştirak edəcək 191 milli komanda 32 qrupa bölünüb. Qruplardan birində 5, digər 31 qrupda isə 6 komanda yer alıb.

 

Püşkatmanın nəticəsinə əsasən Azərbaycan millisi "AF" qrupunda Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timorla birgə yer alıb.

 

FİFA U-15 Dünya Çempionatı və Festivalı cari ilin oktyabrın 22-dən 31-dək Azərbaycanda keçiriləcək.

 

Qeyd edək ki, komandalar 8-ə 8 formatında mübarizə aparacaq. Görüşlər hər biri 20 dəqiqə olmaqla iki hissədən ibarət olacaq.