"Trabzonspor" klubunun baş məşqçisi məlum olub. Sport24.az xəbər verir ki, Qaradəniz təmsilçisinin "sükanı" Tomas Reisə tapşırılıb.

 

Bu barədə Türkiyə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə anlaşmanın detalları açıqlanmayıb.

 

Reis son olaraq Bolqarıstanda "Ludoqorets"ə rəhbərlik edib.

 

Qeyd edək ki, mütəxəssis əvvəl Türkiyədə "Samsunspor"u çalışdırıb. Komanda onun başçılığı altında 2024/25 mövsümündə Super Liqanı 3-cü bitirib.