AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sport24.az xəbər verir ki, tədbirdə aşağıdakı qərarlar qəbul olunub.

 

09.09.2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilən "Dinamo (Bakı)" – "Lion" oyununda "Lion" komandasının 3 nömrəli futbolçusu Ələddin Səfərov qarşılaşmanın 86-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 17.5).

 

09.09.2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilən "Sumqayıt" – "Araz Naxçıvan" oyununda "Sumqayıt" komandasının 12 nömrəli futbolçusu Nihat Ağalı qarşılaşmanın 53-cü dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 5 (beş) oyuna buraxılmasın (maddə 52.4).

 

12.09.2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilən "Araz Naxçıvan" – "Neftçi" oyununda "Neftçi" komandasının 2 nömrəli futbolçusu Rəhman Şirinov qarşılaşmanın 51-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 17.5).

 

12.09.2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilən "Araz Naxçıvan" – "Neftçi" oyununda "Neftçi" komandasının 17 nömrəli futbolçusu Raul Abbasov qarşılaşmanın 85-ci dəqiqəsində kəskin etiraz etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 2 (iki) oyuna buraxılmasın (maddə 51.1).

 

13.09.2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilən "Qarabağ" – "Sumqayıt" oyununda "Qarabağ" komandasının 29 nömrəli futbolçusu Cavid Məmmədov qarşılaşmanın 76-cı dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın (maddə 45.1)

 

13.09.2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilən "Lion" – "Kəpəz" oyununda "Lion" komandasının 17 nömrəli futbolçusu Nazim Süleymanov qarşılaşmanın 61-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 17.5).

 

13.09.2026-cı il tarixində AFFA Gənclər Liqasında keçirilən "Lion" – "Kəpəz" oyununda "Lion" komandasının 1 nömrəli futbolçusu İzaayddin Məcidov qarşılaşmanın 75-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın (maddə 46).

 

12.09.2026-cı il tarixində AFFA U-17 Liqasında keçirilən "Araz Naxçıvan" – "Dinamo (Bakı)" oyununda "Dinamo (Bakı)" komandasının 88 nömrəli futbolçusu Zahid Əbdülov qarşılaşmanın 85-ci dəqiqəsində qeyri-etik ifadələr işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 (bir) oyun şərti olmaqla, növbəti 3 (üç) oyuna buraxılmasın (maddə 52.3).