Tanınmış venesuelalı yarımmüdafiəçi Tomas Rinkon peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.
38 yaşlı yarımmüdafiəçi karyerası ərzində "Hamburq", "Cenoa", "Yuventus", "Torino", "Sampdoriya" və "Santos"un formasını geyinib.
Rinkon "Yuventus"un heyətində 2016–2017-ci illər mövsümündə İtaliya çempionluğu və ölkə kubokunu qazanıb.
Venesuela millisində 143 oyun keçirən Rinkon ölkə tarixində yığmada ən çox forma güyinən futbolçusudur. O, həmçinin Venesuelanın "Copa America" turnirində yarımfinala yüksəlməsinə töhfə verib. Bu, ölkənin qitə səviyyəsində əldə etdiyi ən yaxşı nəticə olub.