Yurgen Klopp Almaniya millisinin baş məşqçisi kimi ilk heyətini açıqlayıb. Sport24.az xəbər verir ki, almaniyalı mütəxəssis Millətlər Liqasının qarşıdakı oyunları üçün 45 futbolçu dəvət edib.
Heyət iki qrupa bölünüb. Bir qrup Niderlandla səfərdə və Yunanıstanla evdə, digər qrup isə Serbiya ilə evdə və Yunanıstanla səfərdə qarşılaşacaq.
Klopp əsas ulduzlardan Florian Virtz və Kay Havertsin maksimum iki matçda meydana çıxmasını planlaşdırır. Baş məşqçi bununla həm yeni futbolçulara şans vermək, həm də aparıcı oyunçuların yükünü azaltmaq istəyir.
Heyətdə 11 debütant yer alıb. "Brentford"un yarımmüdafiəçisi Vitali Yanelt ilk dəfə Almaniya millisinin əsas komandasına çağırılıb. "Elversberq"dən Feliks Kaydel və "Ayntraxt"ın hücumçusu Yunus Ebnoutalib kimi bəzi futbolçular isə yüksək səviyyədə cəmi bir neçə oyunda iştirak ediblər.
Millətlər Liqasının qaydalarına əsasən, komandalar hər qarşılaşmadan əvvəl 23 futbolçudan ibarət yekun siyahı təqdim etməlidir. Lakin oyunlar arasında heyətdə dəyişiklik etmək mümkündür.
Qeyd edək ki, heyətdə DÇ-2026-da Almaniyanın heyətində 3 qol və 2 məhsuldar ötürmə ilə çıxış edən Deniz Undav, həmçinin Leroy Sane yer