"Sumqayıt"ın "Qarabağ"ın qapıçısı Şahrudin Məhəmmədəliyevlə maraqlandığını və onu heyətinə qatmaq istədiyini xəbər vermişdik. Sport24.az 32 yaşlı qolkiperin baş tutmayan transferinin təfərrüatlarını dəqiqləşdirib.
Belə ki, Azərbaycan millisinin üzvü "gənclik şəhəri" təmsilçisinə keçidə müsbət yanaşıb və bu transferə etiraz etməyib.
Şahrudin həmin vaxt Ağdam təmsilçisində üçüncü qapıçı olduğu üçün komanda ilə vidalaşmaq istəyib. Lakin polşalı qolkiper Mateuş Koxalskinin gedişi vəziyyəti dəyişib.
Ağdam təmsilçisi Koxalski ilə yollarını ayırdıqdan sonra Məhəmmədəliyevi də buraxmamaq qərarına gəlib. Nəticədə təcrübəli qolkiperin "Sumqayıt"a keçidi baş tutmayıb.
Belə olan halda "Sumqayıt" digər alternativlərə yönəlib. "Kimyaçılar" hazırda qapıçı mövqeyi üçün axtarışlarını davam etdirirlər.