İspaniya millisində baş məşqçi Luis de la Fuente ilə müqavilə uzadılacaq. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

 

Mütəxəssislə anlaşmanın müddəti 2032-ci ilin iyuluna kimidir.

 

Luis 2023-cü ildən yığmaya rəhbərlik edir. İspanlar onun başçılığı altında Millətlər Liqasını, Avropa çempionatını və dünya çempionatını qazanıb.

 

Qeyd edək ki, mütəxəssisin indiki müqaviləsi 2028-ci ilin yayına kimidir.