"Xankəndi" futbol klubuna yeni mətbuat katibi təyin olunub. Sport24.az xəbər verir ki, bu posta jurnalist Günel Abbas gətirilib.
Onun təyinatı ilə bağlı qərar klubun idarəetmə strukturunun təkmilləşdirilməsi çərçivəsində qəbul edilib.
"Günel Abbasın PR rəhbərliyi ilə klubun media və ictimaiyyətlə əlaqələrinin inkişaf etdirilməsi, "Xankəndi" futbol klubunun fəaliyyətinin daha geniş auditoriyaya çatdırılması və kommunikasiya strategiyasının təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcək", - klubun yaydığı məlumatda bildirilib.
Qeyd edək ki, o, əvvəllər "Report" agentliyi, "Yeni Azərbaycan" və "Azərbaycan müəllimi" qəzetlərində çalışıb. Hazırda Qarabağ Universitetinin əməkdaşıdır.
Qeyd edək ki, "Xankəndi" futbol klubu 2024-cü ildə yaradılıb.