"Neftçi" Misli Premyer Liqasının 6-cı turunda qarşılaşacağı "Qəbələ" klubu ilə matçın hazırlığını başa vurub. Sport24.az xəbər verir ki, "ağ-qaralar" bu gün "Palms Sports" Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

 

Komandanın üzvləri hazırlıq prosesindən sonra səfərə yola düşüblər.

 

Qeyd edək ki, sentyabrın 18-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" – "Neftçi" matçı saat 17:30-da başlanacaq.