Azərbaycanın atletika millisinin üzvü Anna Yusupova şose qaçışı üzrə dünya çempionatında iştirak edəcək. Sport24.az xəbər verir ki, bu barədə Atletika Federasiyası məlumat yayıb.

 

Yusupova yarış üçün Danimarkanın paytaxtı Kopenhagenə yollanıb. O, yarışa məşqçisi Vüqar Ələsgərovla birlikdə gedib.

 

Qeyd edək ki, dünya çempionatı sentyabrın 19-20-də baş tutacaq.