"Naxçıvan" heyətini yeni basketbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bölgə təmsilçisi Maylz Uilmotu transfer edib.

 

Amerikalı basketbolçu ilə müqavilə bir illikdir.

 

Qeyd edək ki, 25 yaşlı oyunçu son olaraq "Canisius Golden Griffins"də (Nyu York) forma geyinib.