"Neftçi"nin futbolçusu Sessi D"Almeyda Afrika Millətlər Kubokunun seçmə mərhələsində mübarizə aparan Benin milli komandasına dəvət olunub. Sport24.az xəbər verir ki, Benin millisi sentyabrın 25-də Burkina Faso, ayın 29-da Mavritaniya yığması ilə qarşılaşacaq.

 

Oktyabrın 6-da isə Argentina ilə yoldaşlıq matçı keçiriləcək.

 

Qeyd edək ki, Sessi D"Almeyda Benin milli komandasının heyətində 46 oyunda meydana çıxıb, 1 qol vurub.