Qadınlar Super Liqasının 2026/27-ci illər mövsümünün püşkatma mərasimi keçirilib. Sport24.az xəbər verir ki, Tədbirdə AFFA rəhbərliyi, qadın futbolunun inkişafına cavabdeh şəxslər və liqada iştirak edən klubların nümayəndələri iştirak ediblər.

 

Mərasim Azərbaycan qadın futbolunun inkişafını və 12 klubun mübarizəsini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

 

Daha sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev, AFFA Qadın Futbol Departamentinin rəhbəri Zümrüd Ağayeva və qadın futbolu üzrə texniki direktor Emrah Aykurt çıxış ediblər. Çıxışlar zamanı Azərbaycan qadın futbolunun inkişaf istiqamətləri, yeni mövsümün təşkili, yarışın strukturu və qarşıya qoyulan hədəflər barədə məlumat verilib.

 

Mərasim zamanı Qadınlar Super Liqasının yeni adı və loqosu da təqdim olunub. Ardınca yeni mövsümün ilk turunun oyunlarının müəyyənləşdirilməsi üçün püşkatma keçirilib.


 

Püşkatmanın nəticəsinə əsasən, I turun cütlükləri belə müəyyənləşib:

 

* Dirçəliş FK – Sumqayıt FK

* İmişli PFK – Neftçi PFK
* Ümid (Gəncə) – Baku Juniors
* Araz-Naxçıvan PFK – Goranboy OİK
* Liman UFK – Sabah FK
* Şəfa FK – Qəbələ İK

Beləliklə, yeni mövsümün ilk turunda 12 komanda 6 qarşılaşmada üz-üzə gələcək. İlk turun oyunlarının təqvimi ilə bağlı məlumatlar yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.