Türkiyənin "Eyüpspor" klubunun baş məşqçisi Özhan Palut istefa verib. Sport24.az xəbər verir ki, mütəxəssis Super Liqada "Fənərbağça"ya 0:8 hesablı məğlubiyyətdən sonra öz istəyi ilə postundan ayrılıb.

 

"Eyüpspor" 6 turdan sonra 3 xalla 18 komanda arasında sonuncudur.

 

Qeyd edək ki, mütəxəssis bu yaydan komandada idi. "Eyüpspor" onun başçılığı altında 6 oyunda 1 qələbə qazanıb, 5 dəfə uduzub.