"Real" itki ilə üzləşib. Sport24.az xəbər verir ki, komandanın yarımmüdafiəçi Federiko Valverde sıradan çıxıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
La Liqanın VII turunda "Atletiko" ilə matçda (1:2) zədələnən Valverdenin sol topu əzələsində zədə aşkarlanıb.
Qeyd edək ki, Uruqvaylı futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.