"İnter"in futbolçusu Hakan Çalhanoğlu klubunu dəyişə bilər. Sport24.az xəbər verir ki, "Yuventus" türkiyəli yarımmüdafiəçini transfer etmək istəyir.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
"İnter" bundan öncə Hakana yeni müqavilə təklif etsə də, tərəflər razılığa gələ bilməmişdi.
32 yaşlı futbolçu 2021-ci ildən "İnter"də forma geyinir. Onun anlaşması 2027-ci ilin yayına kimidir.
Qeyd edək ki, Hakan bu mövsüm A Seriyasında 3 oyunda 2 qol vurub.