20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Qəbələdəki təlim-məşq toplanışının ikinci mərhələsi üçün heyəti açıqlanıb. Sport24.az AFFA-ya istinadən xəbər verir ki, komanda sentyabrın 24-dən oktyabrın 6-dək Qəbələdə təlim-məşq toplanışı keçirəcək.

 

Açıqlanan heyətdə cəmi iki futbolçu ölkə xaricində çıxış edir.

 

Qeyd edək ki, U-20 hazırlıq prosesində oktyabrın 3-də Moldovanın (18:00), 6-da isə Yaponiyanın (16:00) müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirəcək.


1. Hüşənov Həbib - "Qəbələ"
2. Arıxov Aftandil -  "Sumqayıt"
3. Abbaszadə Ayxan - "İmişli" 
4. Qurbanlı Uğur - "Qarabağ"
5. Tahirzadə Səttar - "Marcet" (İspaniya)
6. Qurbanov Murad - "Zirə"
7. Səmədov Həzrət - "Sabah" 
8. Alışov Rəşad - "Qarabağ"
9. Paşayev Vüsal - "Sumqayıt" 
10. Tarverdiyev Əhməd - "Sabah"
11. Orucov Nadir - "Sumqayıt"
12. İsaqov Raul - "Kəpəz"
13. Rzazadə Əliəkbər - "Qarabağ"
14. Qasımzadə Pünhan - "Neftçi"
15. Cabbarlı Abduləziz - "Qarabağ"
16. Hüseynov Anar - "Sabah"
17. Qazibəyov Əli - "Qarabağ"
18. Nəzərli Həsən - "Keçiören Spor" (Tükiyə)
19. Bəşirov Əli - "Qarabağ"
20. Kərimov Vüsal - "Neftçi"
21. Şəkərxanov Ziya - "Qəbələ"
22. İbrahim Əli - "Qarabağ"
23. İsmayılov Şahnur - "Kəpəz"
24. İbrahimov Şahin - "Sabah"
25. Orucəli Nihad - "Sumqayıt"