Milli komandaların oyunu ilə əlaqədar yaranan fasilə üçün "Şəfa"nın planı bəlli olub. Sport24.az xəbər verir ki, 5 günlük istirahətdən sonra komanda bu gün səhər ilk məşqini keçirib.

 

Hazırlığın bir hissəsi Qəbələdə baş tutacaq.

 

Qeyd edək ki, bu dönəmdə Zaur Həşimovun rəhbərlik etdiyi kollektiv bir yoxlama oyunu keçirəcək. Okyabrın 3-də Bakıda təşkil olunacaq görüşdə "Şəfa"nın rəqibi "İmişli" olacaq.