"Kəpəz" klubunun əvəzedici heyəti ("Kəpəz-2") 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilə yoxlama matçında üz-üzə gələcək. Spor24.az xəbər verir ki, qarşılaşma sentyabrın 25-də, saat 17:00-da Gəncə şəhər stadionunun ehtiyat meydançasında start götürəcək.

 

Sözügedən yoxlama oyunu U-19 millimizin "Kəpəz"in Təlim-Məşq Mərkəzində təşkil olunan hazırlıq prosesi çərçivəsində baş tutacaq. Gənc milli üzvləri Gəncə toplanışı müddətində "Kəpəz-2″dən başqa, bölgə təmsilçisinin əsas komandası ilə də sınaq matçında gücünü yoxlayacaq.