Xavyer Agirre "Valensiya"nın yeni baş məşqçisi təyin olunub. Sport24.az xəbər verir ki, bu barədə İspaniya klubnun rəsmi saytı məlumat yayıb.

 

67 yaşlı mütəxəssis "yarasalar"la" 2027-ci ilin yayına qədər nəzərdə tutulan və əlavə bir mövsüm uzadılma imkanı olan müqavilə imzalayıb. O, mövsümün əvvəlində uğursuz nəticələrə görə vəzifəsindən azad edilən Karlos Korberanı əvəz edir.

 

Agirrenin son iş yeri Meksika millisi olub. O, 2024-cü ildən komandaya rəhbərlik edib və Meksikanın ev sahibliyi etdiyi, komandanın 1/8 final mərhələsinə yüksəldiyi DÇ-2026-dan sonra vəzifəsindən ayrılıb.

 

İspaniyada Aqirre Madrid "Atletiko"su, "Osasuna", "Espanyol", "Leqanes" və "Malyorka" klublarında çalışıb.

 

Qeyd edək ki, "Valensiya" ilk yeddi turda dörd xal toplayıb və turnir cədvəlində sondan ikinci pillədə qərarlaşıb.