"Aiqsburq"un yarımmüdafiəçisi Mert Kömür karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Beşiktaş" türk əsilli almaniyalı futbolçunu transfer etmək istəyir.

 

Bu barədə "FussballDaten" nəşri məlumat yayıb.

 

İstanbul nəhəngi Kömürü yanvarda heyətinə qatmağa çalışacaq. Klubu 21 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün 20 milyon avro təzminat tələb edir.

 

Qeyd edək ki, Mert Kömür "Auqsburq"un yetirməsidir. Almaniya U-21 millisinin üzvü cari mövsümdə Bundesliqa təmsilçisinin heyətində 5 rəsmi matçda meydana çıxıb.