I Liqada çıxış edən "Şimal" FK növbəti yoxlama qarşılaşmasını keçirib. Sport24.az xəbər verir ki, Xaçmaz təmsilçisi "Qarabağ-2" kollektivi ilə üz-üzə gəlib.
Meydan mübarizəsi "Şimal"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandanın heyətində vurulan qollara Elşad Əliyev və Nöhbala Mahmudov imza atıblar.