"Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi ev oyunları üçün VIP paket biletlər satışa çıxarılıb. Sport24.az xəbər verir ki, paketə Bakı Olimpiya Stadionunda "Slaviya" (Praqa), "Borussiya" (Dortmund), "Barselona" və "Napoli"yə qarşı keçiriləcək 4 qarşılaşma daxildir.
VIP paket sahibləri oyunları stadionun VIP sektorundan izləyə biləcəklər. Burada qidalanma xidməti, əyləncə proqramı və DJ ifası nəzərdə tutulub.
VIP paket biletin qiyməti 1500 manatdır və bütün 4 qarşılaşmaya şamil edilir.
Qeyd edək ki, VIP sektordakı əyləncə proqramı yalnız "Slaviya", "Borussiya" və "Barselona" ilə oyunları əhatə edəcək.