Şahmat üzrə millilərimiz Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında (ÜŞO) bu gün növbəti oyunlarını keçirəcəklər. Sport24.az xəbər verir ki, kişilərdən ibarət yığma IX turda Ermənistanla qarşılaşıb.

 

Xanımlar isə Çexiya millisi ilə üz-üzə gəlib.

 

Qeyd edək ki, geridə qalan VIII turdan sonra kişilərdən ibarət millimiz 13 xal toplayaraq 5-ci pillədə qərarlaşıb. Qadınlardan ibarət yığma isə 11 xalla 21-ci yerdədir. İsveçrə sistemi ilə keçirilən və 11 turdan ibarət yarışa sentyabrın 27-də yekun vurulacaq. 

 

Azərbaycan - Ermənistan 1,5:2,5

Şəhriyar Məmmədyarov - Hayk Martirosyan 0,5:0,5

Robert Hovannisyan - Aydın Süleymanlı 0,5:0,5

Məhəmməd Muradlı - Şant Sarqsyan 0,5:0,5

Qabriel Sargissyan - Rauf Məmmədov 1:0

 

Çexiya - Azərbaycan 0:4

Nataşa Rixterova - Ülviyyə Fətəliyeva 0:1

Gövhər Beydullayeva - Anna Lotska 1:0

Lüsi Rıbaçkova - Günay Məmmədzadə 0:1

Xanım Balacayeva - Tereza Rodşteyn 1:0

 

Qeyd: Cütdə qara göstərilənlər ağ fiqurlarla oynayırlar.