"İmişli" klubu futbolçusu Luis Silvestrin 4 oyunluq cəzalandırılması ilə bağlı araşdırmaya başlayıb. Bu barədə Sport24.az-a bölgə klubundan məlumat verilib.

 

Bildirilib ki, AFFA İntizam Komitəsinin braziliyalı futbolçu ilə bağlı çıxardığı qərardan sonra klub daxilində araşdırma aparılır.

"Bəzi detallar dəqiqləşsin, sonra yekun qərar veriləcək. Ondan sonra ictimaiyyətə tam məlumat verəcəyik", – klubdan bildirilib.

Qeyd edək ki, AFFA İntizam Komitəsi Misli Premyer Liqasının VIII turunda "Sabah"la oyunda hakimi təhqir etdiyi üçün Luis Silvestri 4 oyunluq cəzalandırıb. "İmişli" klubu isə 10 min manat məbləğində cərimələnib.