"Əslində, ayrılıqla bağlı danışıqlar bir müddətdir davam edirdi. Həm onlar, həm də mən bunun baş verməsinin istəmirdik". Bu sözləri Sport24.az-a "Xankəndi"nin sabiq baş məşqçisi Zaur Hacıyev deyib.

Hacıyev  komandadan ayrılmasının səbəbini açıqlayıb:

"Hər iki tərəf əməkdaşlığın davam etməsini istəyirdi. Amma sonradan danışdıq, vəziyyəti müzakirə etdik və bu qərar həm mənim, həm də komandanın gələcəyi baxımından faydalı olacaq. Mənim üçün bu klubda keçən müddət xüsusi oldu. Premyer Liqadan II Liqaya qayıtdım, çempion oldum. Bu nəticələr mənim üçün çox önəmlidir. Ən əsası isə odur ki, "Xankəndi"nin tarixində müəyyən iz buraxa bildim. "Xankəndi" nə qədər yaşayacaqsa, adım bu klubun tarixində olacaq.

Düşərgədə maliyyə vəziyyətinin yaxşı olmaması ilə bağlı məlumatım yoxdur. Ola bilər, hansısa futbolçunun klubdan müəyyən məbləğdə alacağı var. Amma bu barədə konkret bilgim yoxdur deyə, məsələyə münasibət bildirməyim düzgün olmaz. "Xankəndi" dövlətin ayırdığı vəsait hesabına ayaqda durub. Ödəniş də yeni köçürülüb və hazırda bu yöndə iş gedir. Ona görə də klubun maliyyə durumu ilə bağlı konkret fikir söyləməkdənsə, prosesin necə yekunlaşacağını gözləmək daha doğru olar".

Qeyd edək ki, Zaur Hacıyev 2026-cı ilin yanvarında baş məşqçi təyin edilmişdi. Komanda 3 turdan sonra 1 xalla 7-ci pillədədir.