Slavişa Yokanoviçi "Bazel"in yeni baş məşqçisi təyin olunub. Sport24.az xəbər verir ki. bu barədə İsveçrə klubunun mətbuat xidməti məlumat yayıb.

 

O, bu postda sentyabrın 11-də istefaya göndərilən Ştefan Lixtştayneri əvəz edəcək. 

 

Yokanoviç son iş yeri Birləşmiş Ərəb Əmirliyi olub. Serb mütəxəssis 2025/26 mövsümündə "Əl-Nəsr" komandasını çalışdırıb.

 

Qeyd edək ki, "Bazel" 9  turdan sonra İsveçrə turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.