Ötən gün Millətlər Liqası çərçivəsində Avstriya ilə İsrail arasında baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Sport24.az xəbər verir ki, qonalqarın yeganə qolunun müəllifi Sayed Əbu Farçi fərqləndikdən sonra künc bayrağı ilə atəş açma hərəkətini təqlid etdiyinə görə sarı vərəqə alıb. 

 

Bu isə "Colorado Rapids"in 20 yaşlı futbolçusunun oyun ərzində ikinci "sarı"sı olub və o, meydandan qovulub. 

 

Qeyd edək ki, qaydalara əsasən, oyunçu qolu təxribat xarakterli, istehza dolu və ya qızışdırıcı tərzdə qeyd etdiyinə görə cəzalandırıla bilər.