Özbəkistan milli komandası yoldaşlıq oyununda qüvvəsini sınayıb. Sport24.az xəbər verir ki, Fabio Kannavaronun rəhbərlik etdiyi kollektiv evdə İran seçməsini qəbul edib.
Fərqanə şəhərində keçirilən qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Özbəkistan millisinin "Sabah"da çıxış edən üzvü Umarali Rahmonaliyev bu görüşdə iştirak etməyib. 23 yaşlı dayaq yarımmüdafiəçisi sona qədər ehtiyatda qalıb.