Türkiyənin "Çorum" klubu baş məşqçisi Uğur Uçar ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə "Fanatik" nəşri məlumat yayıb.
Mütəxəssislə müqaviləyə xitam verilib.
Uğurun ayrılma səbəbi məlum deyil.
Mütəxəssisin rəhbərlik etdiyi komanda Super Liqada debüt mövsümündə 6 turdan sonra 7 xalla 11-ci sıradadır.