İspaniyanın "Deportivo" klubunun futbolçusu Pyer-Emerik Obameyanq zədələnib. Sport24.az xəbər verir ki, bu barədə COPE nəşri məlumat yayıb.
37 yaşlı hücumçuda menisk zədəsi aşkarlanıb.
Obameyanq əməliyyat olunacaq. Onun bərpa müddəti açıqlanmayıb.
Forvard bu mövsüm La Liqada 7 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, "Deportivo" çempionatda 10 xalla 7-ci sıradadır.